01 İyul 2025, 23:39
Yekaterinburqdakı Azərbaycan diasporunun sədri saxlanılıb - YENİLƏNİB - VİDEO
Yekaterinburqdakı Azərbaycan diasporunun sədri saxlanılıb - YENİLƏNİB - VİDEO şəkil
Yekaterinburqdakı Azərbaycan diasporunun sədri saxlanılıb - YENİLƏNİB - VİDEO

“Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib.

Operativ Media xəbər verir ki, bu barədə Ş.Şıxlinskinin oğlu vəkil Mutvalı bildirib.

Onun sözlərinə görə, səhər saatlarında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları həm atasını, həm də özünü saxlayıblar. Daha sonra Mutvalı azad edilib, Şahin Şıxlinski isə dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.

M.Şıxlinski qeyd edib ki, saxlanılmanın səbəbi Yekaterinburqda iki azərbaycanlı qardaş - Səfərovların öldürüldüyü xüsusi əməliyyatla bağlıdır.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Qardaşların meyitləri ölkəyə gətirildikdən sonra Azərbaycanda aparılan ikinci müayinə onların döyüldüyünü, xüsusən də Ziyəddin Səfərovun aldığı çoxsaylı ağır xəsarətlərdən post-travmatik şok nəticəsində dünyasını dəyişdiyini göstərib.

20:49

“Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinski Rusiyanın Yekaterinburq şəhərində “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılıb.

Operativ Media xəbər verir ki, onun oğlu Mutvali saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.

"Ticarət mərkəzinin yaxınlığında çoxlu təhlükəsizlik qüvvələri var idi", - o, deyib.

Məlumata görə, Mutvali də əvvəlcə saxlanılıb, sonra azadlığa buraxılıb.

Son xəbərlər
Diplomatların peşə bayramı günü münasibətilə Gülüstan sarayında rəsmi qəbul təşkil olunub
Son 24 saat ərzində İsrailin hücumları nəticəsində Qəzzada 95 nəfər həlak olub
Corco Kyellini ABŞ klubunda səhmdar olub
Bloomberg: Aİ-nin 2034-cü ilə qədər büdcə layihəsində Kiyev üçün 100 milyard avro nəzərdə tutulub
ABŞ Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya köçürə bilər
Qvatemalada güclü zəlzələ baş verib
Klublararası DÇ: İlk finalçı bəlli oldu
Azərbaycan OPEC-in Beynəlxalq Seminarında təmsil olunur