Ana səhifə / İdman / "Milan" isveçrəli futbolçu üçün 35 milyon avronu gözdən çıxarıb "Milan" isveçrəli futbolçu üçün 35 milyon avronu gözdən çıxarıb 02.07.2025, 09:01 Əziz Əzizli "Brügge" klubunun yarımmüdafiəçisi Ardon Yaşari karyerasını İtaliyada davam etdirə bilər. Operativ Media "La Gazzetta dello Sport"a istinadən xəbər verir. Mənbənin məlumatına görə, 22 yaşlı isveçrəli ilə “Milan” maraqlanır. İtaliya klubu təklifini 35 milyon avroya qaldırıb. Ötən mövsüm Yaşari 52 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 32 milyon avro qiymətləndirir. Teqlər: "\"Milan\" isve\u00e7r\u0259li futbol\u00e7u \u00fc\u00e7\u00fcn 35 milyon avronu g\u00f6zd\u0259n \u00e7\u0131xar\u0131b"