Azərbaycanlı futbolçu haqqında kitab yazılacaq

Əziz Əzizli
Azərbaycanlı futbolçu haqqında kitab yazılacaq

Azərbaycan futbolunun tanınmış siması və “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayevin həyat yoluna həsr olunan kitab çap olunacaq.

Operativ Media verir ki, bu məqsədlə bu gün millimizin sabiq üzvü və TEAS Press Nəşriyyat Evinin rəhbəri Nicat İbrahimov arasında görüş keçirilib.

Tərəflər rəsmi əməkdaşlıq müqaviləsi imzalayıb və layihəyə rəsmən start verilib.

Kitabın müəllifliyi Türkiyənin tanınmış idman yazarı və jurnalisti Murat Aksoya həvalə olunub.

Qeyd edək ki, Qara Qarayev 2011-2023-cü illərdə “Qarabağ”da, 2023-2024-cü illərdə “Neftçi”də çıxış edib. O, 2024/2025 mövsümünü "Araz-Naxçıvan"da keçirib. Təcrübəli futbolçu Azərbaycan millisində 76 oyunda meydana çıxıb.

Digər xəbərlər