Menyu

Sabah Sabirabad və Hacıqabul rayonlarının bəzi kəndlərində qaz olmayacaq

Nərmin Qocamanlı
Sabah Sabirabad və Hacıqabul rayonlarının bəzi kəndlərində qaz olmayacaq

Sabah “Qarasu-Abdulabad” yeraltı daşıyıcı qaz kəmərinin və üzərindən ayrılan qollarında kipliyin sınağı ilə əlaqədar Sabirabad və Hacıqabul rayonlarının bəzi kəndlərində qaz olmayacaq.

Operativ Media xəbər verir ki, bu barədə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

""Qarasu Əhali" qaz ölçü qovşağından qidalanan diametri 315 mm-lik PE orta təzyiqli “Qarasu-Abdulabad” yeraltı daşıyıcı qaz kəmərinin və üzərindən ayrılan qollarında kipliyin sınağı ilə əlaqədar 03.07.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun 16 kəndində - Quruzma, Qaraqaşlı, Qəzli, Yenikənd, Kovlar, Axısxa, Surra, Qaralı, Balvar, Həsənli, Cavad, Türkədi, Əlicanlı, Yollçubəyli, Narlıq, Zəngənə kəndlərində (ümumi 7255 abonent), Hacıqabul rayonunun 9 kəndində - Abdulabad, Kolanı, Talış, I Meyniman, II Meyniman, Axtaçı-Şirvan, Ağacanlı, Ələtli, Bürvənd kəndlərində (ümumilikdə 2315 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır", - məlumatda qeyd olunur.

Teqlər:

"Sabah Sabirabad v\u0259 Hac\u0131qabul rayonlar\u0131n\u0131n b\u0259zi k\u0259ndl\u0259rind\u0259 qaz olmayacaq"

Əlaqəli Xəbərlər