Azərbaycan Asiya Kubokunda 4 cüdoçu ilə təmsil olunacaq
Əziz Əzizli
3—4 iyul tarixlərində Qazaxıstanın Almatı şəhərində cüdo üzrə yeniyetmələr arasında Asiya Kuboku keçiriləcək.
Operativ Media xəbər verir ki, yarışda ölkəmiz Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırovun rəhbərliyi altında 4 çəki dərəcəsində 4 cüdoçu (2 oğlan, 2 qız) ilə təmsil olunacaq.