02 İyul 2025, 16:00
Siyasət Əsgərov: "Təlim-məşq toplanışının bizə çox köməyi olacaq”
Siyasət Əsgərov: "Təlim-məşq toplanışının bizə çox köməyi olacaq” şəkil
Siyasət Əsgərov: "Təlim-məşq toplanışının bizə çox köməyi olacaq”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Belarus yığması ilə keçirilən ikinci yoldaşlıq oyunu haqda danışıb.

Operativ Media xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Təcrübəli baş məşqçi belə hazırlıqların Azərbaycan milli komandası üçün önəmini vurğulayıb.

“İyunun 25-dən Minskdə təlim-məşq toplanışında olduq, iki yoldaşlıq görüşü keçirdik. Belə hazırlıqlar millimiz üçün çox önəmlidir. Əsas odur ki, futbolçular oyun praktikasını itirmirlər. Üstəlik, bəzi gənc qızları yoxlamaq imkanı yarandı. Belarus yığması ilə keçirdiyimiz ikinci yoldaşlıq oyununda səhvlərimiz ilk matçla müqayisədə daha az oldu. Hər iki qarşılaşmada milliyə yeni cəlb edilən gənclərə şans verdik. Fikrimcə, ikinci oyunda daha yaxşı çıxış etdik. Xüsusən də, birinci hissə maraqlı alındı, qol şanslarından yararlana bilmədik. İkinci hissənin əvvəlində adi səhvdən qol buraxdıq. Ondan sonra bərabərlik qolu üçün hücuma atıldıq və rəqib komanda boşluqdan istifadə edərək, ikinci dəfə fərqləndi. Ümumilikdə bu təlim-məşq toplanışının bizə çox köməyi olacaq”.

 

Son xəbərlər
Ötən gün 3,3 ton narkotik vasitə məhv edilib
Vətəndaşlar daha 4 məlumatı "Mygov"dan əldə edə bilərlər
Ötən gün axtarışda olan 6 nəfər saxlanılıb
Rusiya Zəngəzur dəhlizi söhbətlərinə reaksiya verib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Azərbaycan XİN Türkiyəni təbrik edib
"Qarabağ" "Zaltsburq"la qarşılaşacaq
Vəkillər Kollegiyasının sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib