İsveçrənin Lozanna şəhərində FİBA basketbol çempionlar liqasının püşkü atılıb.
Operativ Media xəbər verir ki, bu mövsüm turnirdə Azərbaycan çempionu “Sabah” klubu iştirak edəcək.
Beləliklə, püşkatma nəticəsində komandamızın rəqibləri müəyyənləşib. “Sabah” keçən il Avroliqada oynayan “Alba” Berlin və Çexiyanın “Nimburk” komandası ilə eyni qrupda yer alıb. Dördüncü komanda isə təsnifatdan sonra bilinəcək. Xatırladaq ki, “Nimburk” Avropa kubokunda komandamızın rəqibi olub.
Oyunlara oktyabrın 7-də start veriləcək.