Yevlaxda ata və oğlunun bıçaqlanmasına görə iki nəfər saxlanılıb

Fərrux Qocamanlı
Yevlaxda ata və oğlunun bıçaqlanmasına görə iki nəfər saxlanılıb

Yevlaxda ata və oğlunun bıçaqlanmasına görə iki nəfər saxlanılıb.

"Operativ Media"nın sorğusuna cavab olaraq Yevlax rayon prokurorluğundan bildirilib ki, fevralın 13-də Yevlax rayon sakinləri Ramil Əsədov xəsarət alması və Amin Əsədovun isə ölməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1985-ci il təvəllüdlü Afət Abdullayev və oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayevə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 29, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Digər xəbərlər