Azərbaycan gənclər arasında Avropa Kubokunda 22 cüdoçu ilə təmsil olunacaq

Əziz Əzizli
Azərbaycan gənclər arasında Avropa Kubokunda 22 cüdoçu ilə təmsil olunacaq

5–6 iyul tarixlərində Çexiyanın paytaxtı Praqada cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək. 

Operativ Media xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycan 10 çəki dərəcəsində 22 cüdoçu (14 oğlan, 8 qız) ilə təmsil olunacaq.

32 ölkədən 447 idmançının (280 oğlan, 167 qız) qüvvəsini sınayacağı turnirin ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Akif Tahirov da yer alacaq. 

Kişilər

-60 kq

Mirxaliq İskəndərov

Ayxan Mirzəzadə

Nicat Eyvazov

-73 kq

Mehdi Cəfərov

Səlim Sultanov

Nihad Yəhyayev

-81 kq

Nahid Tarquliyev

Roman Qarayev

Mehdi Abbasov

Cəsur İbadlı

-90 kq

Canpolad Əliyev

Əli Qazıməmmədov

-100 kq

Davud Namazlı

Vidad Əliyev

Qadınlar

-52 kq

Aydan Vəliyeva

Xədicə Qədəşova

-57 kq

Fidan Qasımova

Gülnarə Bayramova

-63 kq

Nilgün Rzayeva

Leyla Atayeva

-70 kq

Pərvanə Abdullayeva

+78 kq

Nigar Süleymanova

Digər xəbərlər