14 Oktyabr 2022, 19:14
Rusiya Norveçlə sərhədə nüvə bombası daşıyan təyyarələri yerləşdirib
Rusiya Norveçlə sərhədə nüvə bombası daşıyan təyyarələri yerləşdirib şəkil
Rusiya Norveçlə sərhədə nüvə bombası daşıyan təyyarələri yerləşdirib

Rusiya Norveçlə sərhddəki Kola yarmadasında öz aviabazasında nüvə yükü daşıya biləcək strateji bombardmançı təyyarələri yerləşdirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Norveç mətbuatı məlumat yayıb.

Yerli media sputnikdən çəkilmiş şəkilləri dərc edib. Oktyabrın 7-də çəkilən fotoda bazada yeddi Tu-160 və dörd Tu-95 bombardmançı təyyarənin yerləşdirlidiyi görünür.

Sentyabrın 30-da Norveçlə sərhədə təyyarələrin göndərilməsi barədə “Yerusəlim Post” qəzeti də yazıb. O zaman təyyarələrin sayı 7 ədəd olub.

Adətən bu təyyarələr Moskvadan 720 kilometr məsafədə olan Engels hava bazasında saxlanılır. Hərbi ekspertlərin fikirncə, bu manevr ənənəvi “İldırım” payız təlimləri ilə bağlı ola bilər. Başqa ekspertlər isə hesab edir ki, bu yerdəyişmə Putinin nüvə hədələrinin tərkib hissəsi ola bilər.

Norveçli hərbi ekspert Lars Peder Xaqa xatırladıb ki, sonuncu dəfə Rusiya nüvə təlimlərini bu ilin fevralında -Ukraynaya müdaxilənin başlanmasından iki gün əvvəl keçirib. “Bu, məsələyə qarşımamaq barədə Qərbə edilən xəbərdarlıq idi”-deyə ekspert bildirib.

Son xəbərlər
Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib