Menyu

Cümə gününün havası açıqlanıb

Nərmin Qocamanlı
Cümə gününün havası açıqlanıb

İyulun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, havanın temperaturu gecə 19-21° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-32° isti, dağlarda gecə 6-10° isti, gündüz 13-18° isti olacaq.

Teqlər:

"C\u00fcm\u0259 g\u00fcn\u00fcn\u00fcn havas\u0131 a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər