Ana səhifə / İdman / "Bavariya" Luis Diazı transfer etməyə çalışacaq "Bavariya" Luis Diazı transfer etməyə çalışacaq 03.07.2025, 17:45 Əziz Əzizli Almaniya çempionu "Bavariya" İngiltərə çempionu "Liverpul" və Kolumbiyalı beynəlxalq vinger Luis Diazı heyətinə qatmağa çalışacaq. Operativ Media xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb. Məlumata görə, "Bavariya"nın idman direktoru Maks Eberl Luis Diazın nümayəndələri ilə danışıqlar aparır. 28 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. "Transfermarkt" portalı Luis Diazın transfer dəyərini 70 milyon avro qiymətləndirir. Teqlər: "\"Bavariya\" Luis Diaz\u0131 transfer etm\u0259y\u0259 \u00e7al\u0131\u015facaq"