03 İyul 2025, 17:57
"Araz-Naxçıvan"ın "Aris"lə oyunlarının hakimləri bilindi
"Araz-Naxçıvan"ın "Aris"lə oyunlarının hakimləri bilindi şəkil
"Araz-Naxçıvan"ın "Aris"lə oyunlarının hakimləri bilindi

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”ə (Yunanıstan) qarşı keçirəcəyi matçların hakimləri açılanıb.

Operativ Media xəbər verir ki, komandalar arasında Bakıda baş tutacaq görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Andrey Çivulete olacaq. Ona Mirça Mihail Qriqori və Andrey Qabriel Konstantinesku yardım edəcəklər. Dördüncü hakim funksiyasını Radu Petresku yerinə yetirəcək.

Yunanıstanda təşkil ediləcək qarşılaşmada isə şotlandiyalı hakimlər briqadası iş başında olacaqlar. Görüşü David Dikinson idarə edəcək. Yan xətt hakimləri Frensis Konnor və Conatan Bell olacaqlar. Dördüncü hakim funksiyasını Rayan Li yerinə yetirəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan”la “Aris” arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Son xəbərlər
Azərbaycan və Ermənistan liderləri arasında görüş çox konstruktiv mühitdə keçib
Aİ Azərbaycan-Ermənistan danışıqlarını alıqışlayır
Murad Musayev: "Sabah" sonuncu pillədə gedirdi, növbəti mövsüm isə gözəl futbolla gümüş qazandıq"
Əbu-Dabi danışıqları başa çatıb - YENİLƏNİB
10 İyul 2025, 14:01
Əbu-Dabidə Azərbaycan-Ermənistan danışıqları - YENİLƏNİR
Xocalı soyqırımı zamanı yaralanmış şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir
Ermənistanda daha 7 nəfər terrorçuluqda şübhəli bilinərək saxlanılıb
Kreml: Azərbaycan-Ermənistan Əbu-Dabi danışıqlarını alqışlayırıq