"Qəbələ" heyətinə qanalı futbolçu cəlb etdi

Əziz Əzizli
"Qəbələ" heyətinə qanalı futbolçu cəlb etdi

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Operativ Media xəbər verir ki, 19 yaşlı qanalı sol cinah vingeri Prins Ovusu “qırmızı-qaralar”a qoşulub. O, ötən mövsümdə "Qəbələ"nin U-19 komandasının formasını geyinib. Ovusu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Prins ötən mövsüm U-19 Liqasının gümüş mükafatçısı olub. O, keçirdiyi 14 oyunda 11 qol və 5 assistə imza atıb.

Digər xəbərlər