Operativ Media xəbər verir ki, bu haqda "Daily Mirror" məlumat yayıb.
Mənbənin sözlərinə görə, transfer "Çelsi"yə 21,5 milyon funt sterlinq (24 milyon avrodan çox) qazandıracaq.
Petroviç 2024/25 mövsümünü icarə əsasında "Strasburq"da keçirib. O, bütün yarışlarda 31 oyun keçirib, 38 qol buraxıb və 10 oyun qapısını təmiz saxlayıb. Onun "Çelsi" ilə müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.