04 İyul 2025, 09:55
Salah Jotanın ölümündən sonra Yunanıstan tətilini yarıda saxlayıb
Salah Jotanın ölümündən sonra Yunanıstan tətilini yarıda saxlayıb şəkil
Salah Jotanın ölümündən sonra Yunanıstan tətilini yarıda saxlayıb

"Liverpul"un yarımmüdafiəçisi Mohamed Salah Yunanıstandakı tətilini yarımçıq qoyub və komanda yoldaşı Dioqo Jotanın ölümündən sonra bu gün İngiltərəyə gələcək.

Operativ Media xəbər verir ki, bu haqda "Yallakora" məlumat yayıb.

Salahın Yunanıstandakı tətili gələn həftə bitməli idi. Misirli Mersisayd klubunda Jota ilə birlikdə 150 matçda çıxış edib.

İyulun 3-də səhər saatlarında İspaniyada yol qəzasında 28 yaşlı Jota qardaşı Andre ilə birlikdə dünyasını dəyişib. "Liverpul" klubu portuqalların geyindiyi 20 nömrəli formanı əbədiləşdirdiklərini açıqlayıb.

Jota və qardaşı iyulun 5-də Portuqaliyada dəfn olunacaqlar.

Son xəbərlər
AQTA azad olunan ərazilərdə fitosanitar monitorinqlər keçirib
Sabah hava necə olacaq? - PROQNOZ
"Mançester Siti" 6 futbolçusu ilə vidalaşa bilər
Zəngəzur dəhlizi hansısa şirkətə verilə bilərmi?
Paşinyan: Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrini bərpa etməyə maraqlıyıq
Sentyabrda PMS imtahanı elektron formada olacaq
“Real” oyun formalarındakı reklamlardan əldə olunan gəlirlər üzrə liderdir
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub