Ana səhifə / İdman / "Milan" "Torino"nun futbolçusunu transfer etdi "Milan" "Torino"nun futbolçusunu transfer etdi 04.07.2025, 11:27 Əziz Əzizli İtaliya Seria A təmsilçisi "Milan" heyətinə yeni futbolçu cəlb edib. Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. "Qırmızı-qaralar" "Torino"nun italiyalı dayaq yarımmüdafiəçisi Samuele Riççini heyətinə qatıb. 23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. "Milan" italiyalı futbolçu üçün qarşı tərəfə 24,5 milyon avro ödəyib. Samuele Riççi ötən mövsüm A seriyasında 34 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Teqlər: "\"Milan\" \"Torino\"nun futbol\u00e7usunu transfer etdi"