Göldə boğulanların meyiti tapılıb - YENİLƏNİB

Əsəd Abbaslı
Göldə boğulanların meyiti tapılıb - YENİLƏNİB

Xəbər verildiyi kimi, Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin göldə batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Operativ Media xəbər verir ki, axtarışlar nəticəsində göldə batmış 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, göl və digər su hövzələrindən istifadə olunmamasına çağırır.

19:25

Şəmkirdə göldə batan 3 azyaşlıdan ikisinin meyiti tapılıb.

Operativ Media xəbər verir ki, göldən meyiti aşkarlananlar - 2018-ci il təvəllüdlü Rəvan Nadirli və  2016-cı il təvəllüdlü Fərdi Nadirlidir.

Digər azyaşlının axtarışları davam etdirilir

18:35

Şəmkirdə göldə 3 nəfər batıb.

Operativ Media xəbər verir ki, hadisə rayonun Qədim Qala kəndi ərazisində qeydə alınıb.

Belə ki, göldə 3 nəfər batıb.

Boğulanlar iki qardaş - Qədimqala kənd sakinləri  2016-cı il təvəllüdlü Nadirli Fərdi və 2018-ci il təvəllüdlü Nadirli Rəvan, 2021-ci il təvəllüdlü Nadirli İsmayıldır.

Hazırda əraziyə FHN əməkdaşları cəlb olunub.

Digər xəbərlər