Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək “İmişli”nin yay hazırlıq planı müəyyənləşib.
Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda iyulun 7-də məşqlərə start verəcək. Təlim-məşq toplanışı Bakıda baş tutacaq.
“İmişli” avqustun 9-dək paytaxtda məskunlaşacaq. Klub ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah 2” ilə qarşılaşmalar artıq dəqiqləşib.
Teqlər:
"\u201c\u0130mi\u015fli\u201d 7 yoxlama oyunu ke\u00e7ir\u0259c\u0259k"