Ana səhifə / İdman / "Qalatasaray" danimarkalı futbolçu ilə yollarını ayırdı "Qalatasaray" danimarkalı futbolçu ilə yollarını ayırdı 05.07.2025, 13:14 Əziz Əzizli “Qalatasaray” futbolçusu Matias Rossla yollarını ayırıb. Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Danimarkalı futbolçu 2022-ci ilin yayında “Olborq”dan “Qalatasaray”a keçmişdi. O, ötən mövsüm icarə əsasında “Sparta”da (Çexiya) oynayıb. Teqlər: "\"Qalatasaray\" danimarkal\u0131 futbol\u00e7u il\u0259 yollar\u0131n\u0131 ay\u0131rd\u0131"