06 İyul 2025, 11:49
"Qarabağ" idman jurnalistləri arasında futbol turniri keçirəcək
"Qarabağ" idman jurnalistləri arasında futbol turniri keçirəcək şəkil
"Qarabağ" idman jurnalistləri arasında futbol turniri keçirəcək

"Qarabağ " klubunun təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan turnir keçiriləcək.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

İdman jurnalistləri arasında keçiriləcək yarışın oyunları iyulun 17-18-də baş tutacaq.

Turnirdə Peşəkar Futbol Liqasında 2024-2025-ci il mövsümü üçün akkreditasiyadan keçmiş idman jurnalistləri iştirak edə biləcəklər. Hər komandada minimum 10, maksimum 12 oyunçu yer ala bilər. 

Heyəti formalaşan komandanın kapitanı siyahını [email protected] ünvanına göndərməlidir. Müraciətlər 12 iyul saat 18:00-dək qəbul olunur.

Turnirin matçları Tofiq Bəhramov adına Respublika stadionunun məşq meydanında keçiriləcək. Yarışın keçirilmə formatı komandaların sayı dəqiqləşdikdən sonra müəyyənləşəcək. Turnir barədə əlavə məlumat veriləcək.

Son xəbərlər
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
“Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib
Pakistanda leysan yağışlar 11 nəfərin ölümünə səbəb olub
Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə danışıqlar aparıb
Emin Əmrullayev Ruandanın Türkiyədəki səfiri ilə görüşüb
"Sumqayıt" ilk transferini açıqladı
Rubio və Lavrovun müzakirə etdiyi məsələlər açıqlanıb
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3,4 milyondan çox sərnişinə xidmət edib