Menyu

Bu günədək 57 mindən çox tələbə təhsil kreditindən faydalanıb

Nərmin Qocamanlı
Bu günədək 57 mindən çox tələbə təhsil kreditindən faydalanıb

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günədək (13.06.2025) e-ttkf.edu.az elekton portala 70 393 müraciət daxil olub, 57 025 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. 

Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında məlumat verilib.

Məlumata görə, onlardan 19 710-u (34.6%) sosial, 37 315-i (65.4%) standart növ təhsil tələbə kreditidir:

"Gender bölgüsü üzrə kredit müqavilələrinin 35 128-i (61.6%) qadın, 21 897-si (38.4%) kişi tələbələrin payına düşür. Rəsmiləşdirilən kreditlərdən 39 528-i (69.3%) bakalavriat, 14 080-i (24.7%) magistratura, 3 171-i (5.5%) orta ixtisas təhsili, 246-sı (0.5%) isə peşə təhsilinə aiddir. Bu günə kimi geri ödənişi başlamış və akademik göstəriciləri yüksək olduğuna görə 428 Sosial TTK müqaviləsi üzrə 50 faiz və 990 Standart TTK müqaviləsi üzrə 25 faiz güzəştlər tətbiq olunub. Ümumilikdə 466 min manatdan bir qədər çox vəsait bağışlanıb".

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər