Mbappe bir mövsümdə 7 ayrı turnirdə qol vuraraq rekorda imza atıb
Əziz Əzizli
"Real Madrid"in hücumçusu Kilyan Mbappe bir mövsümdə 7 fərqli yarışda qol vuraraq klub rekorduna imza atıb.
Operativ Media xəbər verir ki, bu haqda "Stats Foot" məlumat yayıb.
İyulun 5-də fransalı hücumçu klublararası dünya çempionatının 1/4 finalında Dortmund “Borussiya”sına (3:2) qol vuraraq, turnirdə ilk qolunu vurub.
Mbappe bundan əvvəl də 2024/25 mövsümündə İspaniya La Liqası, Kral Kuboku, Çempionlar Liqası, İspaniya Superkuboku, UEFA Superkuboku və Qitələrarası Kubokda qol vurub.
Mbappe 2024-cü ilin yayında "Real Madrid"ə keçib. PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi qoşulub.
Teqlər:
"Mbappe bir m\u00f6vs\u00fcmd\u0259 7 ayr\u0131 turnird\u0259 qol vuraraq rekorda imza at\u0131b"