Sabunçu rayonunda soyğunçuluq edən şəxslər saxlanılıblar
Nərmin Qocamanlı
Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 manat dəyərində mobil telefonunu zor tətbiq edərək ələ keçiriblər.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 və 16 yaşlı Bakı şəhər sakinləri saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Teqlər:
"Sabun\u00e7u rayonunda soy\u011fun\u00e7uluq ed\u0259n \u015f\u0259xsl\u0259r saxlan\u0131l\u0131blar"