Menyu

"Araz-Naxçıvan" Super Liqa klubları ilə qarşılaşacaq

Əziz Əzizli
"Araz-Naxçıvan" Super Liqa klubları ilə qarşılaşacaq

Təlim-məşq toplanışını iyulun 5-dən Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan”ın keçirəcəyi yoldaşlıq oyunlarının tarixi və rəqibləri müəyyənləşib. 

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Naxçıvan təmsilçisi hər 3 matçda Türkiyə təmsilçiləri ilə qarşılaşacaq. Bunlar "Bayburtspor" (9 iyul), "Alanyaspor" (11 iyul) və "Trabzonspor"dur (17 iyul). 

Qeyd edək ki, "Alanyaspor" və "Trabzonspor" Türkiyə Superliqasının təmsilçiləridirlər. 

Teqlər:

"\"Araz-Nax\u00e7\u0131van\" Super Liqa klublar\u0131 il\u0259 qar\u015f\u0131la\u015facaq"

Əlaqəli Xəbərlər