Menyu

Partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinə təxliyə ediliblər

Əsəd Abbaslı
Partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinə təxliyə ediliblər
1 dəq oxu

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə çağırış daxil olub.

TƏBİB-dən Operativ Media-ya verilən məlumata görə, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) N.Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.

Qeyd edək ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Əlaqəli Xəbərlər