"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala fibula sınığı və topuğun çıxmasından sonra uğurlu əməliyyat keçirib.
Operativ Media bu barədə Münhen klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Klubdan bildirilib ki, futbolçu yaxın vaxtlarda reabilitasiyaya başlayacaq və bir neçə ay komandaya kömək edə bilməyəcək.
22 yaşlı almaniyalı klublararası dünya çempionatının 1/4 final mərhələsinin PSJ-yə qarşı oyununda (0:2) Fransa klubunun qapıçısı Canluici Donnarumma ilə toqquşması nəticəsində zədələnib.
Bild daha əvvəl Musialanın 4-5 ay yaşıl meydanlardan uzaq qalacağını bildirmişdi .