Menyu

Oğuzda qanunsuz ağac kəsənlər məsuliyyətə cəlb ediliblər

Əziz Əzizli
Oğuzda qanunsuz ağac kəsənlər məsuliyyətə cəlb ediliblər

Oğuz rayonunda ağac kəsərək qazanc əldə edənlərə qarşı polis şöbəsində cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Operativ Media-ya verilən məlumata görə, Oğuzun Xal-Xal kəndində meşə təsərrüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.

Regional qrupundan o da bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər