Menyu

"İnter Mayami" Messi ilə müqaviləni uzatmaq istəyir

Əziz Əzizli
"İnter Mayami" Messi ilə müqaviləni uzatmaq istəyir
1 dəq oxu

"İnter Mayami" rəhbərliyi 38 yaşlı hücumçu Lionel Messi ilə müqaviləni uzada biləcəyinə əmindir.

Operativ Media xəbər verir ki, bu haqda "The Athletic" məlumat yayıb.

Hazırkı müqavilə 2025-ci ilin sonuna qədər qüvvədədir.Daha əvvəl Səudiyyə Ərəbistanının bəzi klublarının argentinalının xidmətində maraqlı olduğu bildirilirdi.

Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bundan əvvəl o, "Barselona" və PSJ-də çıxış edib. "Barselona"nın tərkibində Messi on dəfə İspaniya çempionu olub, yeddi dəfə İspaniya kubokunu və dörd dəfə UEFA Çempionlar Liqasını qazanıb.

Əlaqəli Xəbərlər