Menyu

Pulsuz məktəbli forması kimlərə veriləcək?

Nərmin Qocamanlı
Pulsuz məktəbli forması kimlərə veriləcək?

Qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz məktəbli formaları veriləcək.

Operativ Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi Bakı Tikiş Evi ilə müqavilə bağlayıb.

Müqavilədə 42-48 ölçüdə həm oğlan, həm də qız şagirdlər üçün məktəbli dəstlərinin satın alınması nəzərdə tutulur.

Ümumilikdə isə 8 000 dəst məktəbli formasının satın alınması ilə bağlı BTE ilə bağlanılmış müqavilənin dəyəri 226 560 manat müəyyənləşib.

Teqlər:

"Pulsuz m\u0259kt\u0259bli formas\u0131 kiml\u0259r\u0259 veril\u0259c\u0259k?"

Əlaqəli Xəbərlər