Türkiyədə son vaxtlar İstanbulda zəlzələ olacağı halda hansı fəsadların üzə çıxacağı gündəmə gəlib.
"Operativ Media" "Hürriyyət"ə istinadən xəbər verir ki, türk seysmoloqlarının fikrincə, İstanbulda maqnitudası 7,5 və daha yüksək olan zəlzələ 500 minə yaxın binaya (təxminən 50%) ziyan vuracaq.
Ümumilikdə 600 mindən çox insanın yaşadığı evlərə ciddi ziyan dəyəcək.