"Sumqayıt" FK-nın yay hazırlıq planı müəyyənləşib.
Operativ Media xəbər verir ki, iyulun 7-dən etibarən yeni mövsümün hazırlıqlarına start verən “Sumqayıt” Futbol Klubu məşqlərini iyulun 24-dək “SOCAR Polymer Arena”da keçirəcək.
Ayın 25-də Qəbələyə yola düşəcək "kimyaçılar" hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.
Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub.
Rəqiblərin kimliyi və oyunların keçirilmə vaxtı barədə klubun rəsmi media platformalarında məlumat veriləcək.
Teqlər:
"\"Sumqay\u0131t\"\u0131n yay haz\u0131rl\u0131q plan\u0131 b\u0259lli oldu"