39 yaşlı meksikalı qapıçı DÇ-2026-da iştirak etmək istəyir

Əziz Əzizli
39 yaşlı meksikalı qapıçı DÇ-2026-da iştirak etmək istəyir

Meksika millisinin əfsanəvi qapıçısı Gilyermo Oçoa karyerasında altıncı olacaq DÇ-2026-da iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Operativ Media xəbər verir ki, Oçoa beş dünya çempionatında iştirak edib. İyulun 7-də Meksika millisi finalda ABŞ-ni 2:1 hesabı ilə məğlub edərək KONKAKAF Qızıl Kubokunun qalibi olub. 39 yaşlı qolkiper turnir ərzində bir dəfə də meydana çıxmayıb.

"Dünya çempionatına vəsiqə uğrunda mübarizə aparmaq istəyirəm. O şansı qazanmaq istəyirəm. Bu turnirdə iştirak etmək inanılmaz olardı. Mən yüksək səviyyəni qorumaq üçün hər gün klubda məşq edirəm. Karyeramı izləyən insanlar nə qədər fədakarlıq etdiyimi bilirlər və dünya çempionatına getmək şansım olsa, hər şeyi verməyə davam edəcəyəm".

İyunun 30-da Oçoa əvvəlki mövsümü keçirdiyi Portuqaliyanın ABC klubu ilə müqaviləsi başa çatdıqdan sonra azad agentə çevrilib. O, Portuqaliya çempionatında klubun heyətində 23 oyun keçirib, 45 qol buraxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb.

Digər xəbərlər