“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Operativ Media xəbər verir ki, "şirlər" braziliyalı futbolçu Cezar Henrique Dias Santosu heyətinə qatıb. 25 yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb.
Xatırladaq ki, Henrique son olaraq Braziliyanın “Caxias” klubunda çıxış edib.