Menyu

Tacikistanda qar uçqununda ölənlərin sayı 17 nəfərə çatıb

Nərmin Qocamanlı
Tacikistanda qar uçqununda ölənlərin sayı 17 nəfərə çatıb
1 dəq oxu

Tacikistan Fövqəladə Hallar Komitəsinin verdiyi açıqlamada ölkənin dağlıq bölgələrində baş verən qar uçqunları nəticəsində həyatını itirənlərin sayının 17-yə yüksəldiyi açıqlanıb.

"Operativ Media" xəbər verir ki, açıqlamada ölənlərdən 16-nın Dağlı Bədəhşan Muxtar Bölgəsində, bir nəfərin isə paytaxt Düşənbə yaxınlığındakı Vərzob qəsəbəsindən keçən Düşənbə-Çanak magistralında qar uçqunu nəticəsində həlak olduğu bildirilib.

Son günlər 100-ə yaxın qar uçqunu hadisəsinin baş verdiyi və təhlükənin hələ də davam etdiyi vurğulanaraq, axtarış-xilasetmə qruplarının təbii fəlakət bölgəsində işlərini davam etdirdiyi qeyd edilib.

Əlaqəli Xəbərlər