Almaniyadan daha 28 azərbaycanlı geri qəbul edildi
Əziz Əzizli
28 azərbaycanlı iyulun 8-də Almaniyadan geri qəbul edilib.
Bu barədə Operativ Media-ya Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Bildirilib ki, readmissiya prosesi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində baş tutub.
Qeyd edək ki, DMX fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Teqlər:
"Almaniyadan daha 28 az\u0259rbaycanl\u0131 geri q\u0259bul edildi"