Madridin "Real" klubu klublararası dünya çempionatının yarımfinalında PSJ-yə qarşı keçirəcəkləri oyun öncəsi planlaşdırılan mətbuat konfransını ləğv edib .
Operativ Media xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Madrid klubu bu qərarı komandanı daşıyan təyyarənin fırtına səbəbindən planlaşdırılan vaxtdan iki saat gec enməsi səbəbindən verib.
Mətbuat konfransında baş məşqçi Xabi Alonso, həmçinin üç futbolçu: Federiko Valverde, Tibo Kurtua və Yakobo Roman iştirak etməli idi.
İyulun 9-u "Meadowlands" stadionunda "Real Madrid" PSJ ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.