Azərbaycan Almaniyada keçirilən universiadada 13 cüdoçu ilə təmsil olunacaq
Əziz Əzizli
23–26 iyul tarixlərində Almaniyanın Reyn-Rur bölgəsinin Essen şəhərində Ümumdünya Universitet Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək.
Operativ Media xəbər verir ki, universiadada Azərbaycanı 13 çəki dərəcəsində 13 cüdoçu (7 kişi, 6 qadın) təmsil edəcək. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Cüdoçularımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Qeyd edək ki, Universiadanın cüdo yarışlarında 60 ölkədən 392 idmançı (214 kişi, 178 qadın) qüvvəsini sınayacaq.
Heyəti təqdim edirik:
Qadınlar
-48 kq
Könül Əliyeva
-52 kq
Aydan Vəliyeva
-57 kq
Fidan Əlizadə
-70 kq
Aytac Qardaşxanlı
-78 kq
Nərmin Əmirli
+78 kq
Nigar Süleymanova
Kişilər
-60 kq
Babarəhim Mirzəyev
-66 kq
Nazir Talıbov
-73 kq
Nəriman Mirzəyev
-81 kq
Mehdi Abbasov
-90 kq
Elcan Hacıyev
-100 kq
Davud Namazlı
+100 kq
Ramazan Əhmədov
Teqlər:
"Az\u0259rbaycan Almaniyada ke\u00e7iril\u0259n universiadada 13 c\u00fcdo\u00e7u il\u0259 t\u0259msil olunacaq"