Menyu

Kvaratsxeliya: "Mbappe hazırda dünyanın ən yaxşı oyunçularından biridir"

Əziz Əzizli
Kvaratsxeliya: "Mbappe hazırda dünyanın ən yaxşı oyunçularından biridir"

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya Klublararası Dünya Çempionatının yarımfinal mərhələsinin "Real Madrid"lə oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Operativ Media xəbər verir ki, bu haqda "L'equipe" nəşri məlumat yayıb.

"Onlar çox yaxşı komandadır, bütün oyunçularına hörmət etməliyik. Mbappe? Kilyan hazırda dünyanın ən yaxşı oyunçularından biridir. "Real Madrid" Mbappe ilə daha təhlükəli komandadır. Onların əla oyunçuları var, amma hər şeydən əvvəl keyfiyyətli komandadır", - deyə gürcüstanlı futbolçu bildirib.

Komandalar arasında görüş iyulun 9-da baş tutacaq.Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Teqlər:

"Kvaratsxeliya: \"Mbappe haz\u0131rda d\u00fcnyan\u0131n \u0259n yax\u015f\u0131 oyun\u00e7ular\u0131ndan biridir\""

Əlaqəli Xəbərlər