"Araz-Naxçıvan" Türkiyə klubunu darmadağın etdi

Əziz Əzizli
"Araz-Naxçıvan" Türkiyə klubunu darmadağın etdi

"Araz-Naxçıvan" bu gün Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Operativ Media xəbər verir ki, komanda Türkiyə 3-cü liqası təmsilçisi "Bayburtspor"la qarşılaşıb. Görüşdə "Araz-Naxçıvan" rəqibini 14:0 hesabı ilə darmadağın edib.

Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Kohen vurublar. 

Naxçıvan təmsilçisi Ərzurumda daha 2 yoxlama oyunu keçirəcək. Premyer Liqa klubu Türkiyənin "Alanyaspor" (11 iyul) və "Trabzonspor"la (17 iyul) üz-üzə gələcək.

Qeyd edək ki, "Alanyaspor" və "Trabzonspor" Türkiyə Superliqasının təmsilçiləridirlər. 

Digər xəbərlər