Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salınıb - YENİLƏNİB

Əsəd Abbaslı
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salınıb - YENİLƏNİB

“UTair” aviaşirkətinin 9 iyul 2025-ci il tarixində Gəncə Beynəlxalq Hava Limanından Moskva şəhərinə (Vnukovo Hava Limanı) həyata keçirilməsi planlaşdırılan UT744 nömrəli reysi, hava gəmisi kapitanının qərarı ilə texniki səbəbdən təxirə salınıb.

Heydər Əliyev Hava Limanından Operativ Media-ya verilən məlumata görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə onlar otelə yerləşdirilib və digər zəruri xidmətlərlə təmin olunub.

Təxirə salınmış uçuşun 10 iyul tarixində, saat 15:00-da həyata keçirilməsi planlaşdırılır.

Sərnişinlər uçuşun dəqiq statusu və əlavə məlumat üçün “UTair” aviaşirkəti ilə əlaqə saxlaya bilərlər.

22:00

Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukova aeroportuna uçması gözlənilən aviareys təxirə düşüb.

Bu barədə Operativ Media-ya sərnişinlərdən biri məlumat verib.

Məlumata görə, saat 18-00 da uçmalı olan təyyarə sabah saat 12-00-dək təxirə düşüb.

İlkin məlumata görə, 118 sərnişin uçması gözlənilirdi. Sərnişinlərin bir qismi Gəncə şəhərindəki otellərə yerləşdirilib.

İlkin ehtimal olaraq təyyarədə yaranan texniki nasazlıq əsas göstərilir.

Digər xəbərlər