“Qarabağ”ın ÇL-dəki potensial rəqiblərinin ilk oyunu keçirilib

Əziz Əzizli
“Qarabağ”ın ÇL-dəki potensial rəqiblərinin ilk oyunu keçirilib

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri “Şelburn” (İrlandiya) və “Linfild” (Şimali İrlandiya) Dublində qarşılaşıb.

Operativ Media xəbər verir ki, İrlandiyanın paytaxtında yerləşən “Tolka Park” stadionunda keçirilən qarşılaşma 1:0 hesabı ilə başa çatıb. Meydan sahiblərinin yeganə qolunu görüşün 58-ci dəqiqəsində Ademipo Odubeko vurub.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Digər xəbərlər