"Azərbaycan tərəfindən göndərilən və Kahramanmaraşda qurulan, hər cür müayinə və müalicə imkanlarının mövcud olduğu səyyar səhra xəstəxanası fasiləsiz olaraq xidmətini davam etdirir".
Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviterdə bildirib.
"İndiyədək xəstəxanada 729 nəfərə yüksək səviyyədə xidmət göstərilib", - səfir qeyd edib.