Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər
Əziz Əzizli
Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri Çexiyanın Ostrava şəhərində təşkil olunacaq Avropa birinciliyində iştirak edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Stolüstü Tennis Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Azərbaycanı mötəbər yarışda 6 idmançı - Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə təmsil edəcək. Onlar baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında bacarıqlarını göstərəcəklər.
Qeyd edək ki, turnir iyulun 11-20-si aralığında keçiriləcək. Azərbaycan seçməsi bu gün Ostrava şəhərinə yola düşüb.
Teqlər:
"Az\u0259rbaycan\u0131n stol\u00fcst\u00fc tennis\u00e7il\u0259ri Avropa birinciliyind\u0259 i\u015ftirak ed\u0259c\u0259kl\u0259r"