Rusiya klubu Premyer Liqadan kənarlaşdırıldı

Əziz Əzizli
Rusiya klubu Premyer Liqadan kənarlaşdırıldı

Moskva "Torpedo"su Rusiya Premyer Liqasından kənarlaşdırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının Nəzarət və İntizam Komitəsinin iclasında qərar verilib.

Klub korrupsiya qalmaqalına görə belə cəza ilə üzləşib. "Torpedo"nun prezidenti Leonid Sobolev istintaq təcridxanasına düşüb. O, hakimə rüşvət verməkdə ittiham olunur. 

2025/2026 mövsümündə Premyer Liqada iştirak etməyəcək klub həmçinin 5 milyon rubl cərimələnib. “Torpedo”nun sahibi Leonid Sobolev 5, klubun baş direktoru Valeri Skorodumov isə 10 il müddətinə futboldan uzaqlaşdırılıb.

Xatırladaq ki, “ağ-qaralar” 2024/2025 mövsümünün Pari Birinci Liqasında ikinci yeri tutaraq birbaşa Premyer Liqaya yüksəlib.

Digər xəbərlər