Ana səhifə / İdman / "Ayaks" Henderson ilə yollarını ayırdı "Ayaks" Henderson ilə yollarını ayırdı 10.07.2025, 16:09 Əziz Əzizli "Ayaks" yarımmüdafiəçi Cordan Hendersonla yollarını ayırıb. Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. “Klub futbolçunun hazırkı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tələbini təmin edib”, - deyə məlumatda bildirilir. Henderson 2024-cü ilin əvvəlindən "Ayaks"da çıxış edir. 35 yaşlı ingilis 57 oyun keçirib, 1 qol vurub və 9 məhsuldar ötürmə edib. Henderson əvvəllər Səudiyyə Ərəbistanının “Əl-İttifaq”, “Liverpul”, “Sanderlend” və “Koventri” klublarında çıxış edib. Teqlər: "\"Ayaks\" Henderson il\u0259 yollar\u0131n\u0131 ay\u0131rd\u0131"