Azərbaycanda bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
Nərmin Qocamanlı
2025-ci ilin 6 ayında mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 305, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrup zərərsizləşdirilib.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən 6 ayın yekunları ilə bağlı kollegiya iclasında bildirilib.
Məlumataqanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 958 kiloqram narkotik vasitə çıxarılıb və 151 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.
Teqlər:
"Az\u0259rbaycanda bu ilin 6 ay\u0131 \u0259rzind\u0259 103 kriminal qrup z\u0259r\u0259rsizl\u0259\u015fdirilib"