Ana səhifə / İdman / "Qarabağ" iki yoxlama oyununa çıxacaq "Qarabağ" iki yoxlama oyununa çıxacaq 11.07.2025, 09:34 Əziz Əzizli Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha iki yoxlama oyunu keçirəcək. Operativ Media xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" klubu ilə üz-üzə gələcək. İlk görüş Bakı vaxtı ilə saat 17:00-da, ikinci isə 19:15-də başlayacaq. Qeyd edək ki, ilk yoxlama oyununda "atlılar" Ukraynanın "Metallist" komandasına 4-5 hesabı ilə məğlub olub. Teqlər: "\"Qaraba\u011f\" iki yoxlama oyununa \u00e7\u0131xacaq"