"Liverpul"un müdafiəçisi İbrahima Konate klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqaviləsini uzatmaq niyyətində deyil.
Operativ Media xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Konate bir ildən sonra “Real Madrid”ə keçmək istəyir. Madrid klubunun bu yay fransızı almağa çalışa biləcəyi vurğulanır, lakin bunun baş verməsi üçün müdafiəçi David Alaba komandadan getməlidir.
Konate 2021-ci ilin yayından “Liverpul”da çıxış edir. 2024/25 mövsümündə 26 yaşlı futbolçu bütün turnirlərdə 42 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
"Transfermarkt" oyunçunun dəyərini 60 milyon avro qiymətləndirir.