"Bavariya" kolumbiyalı futbolçu üçün 52 milyon avronu gözdən çıxarıb

Əziz Əzizli
"Bavariya" kolumbiyalı futbolçu üçün 52 milyon avronu gözdən çıxarıb

"Liverpul"un vingeri Luis Diaz karyerasını "Bavariya"da davam etdirə bilər.

Operativ Media bu barədə "Bild" nəşrinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Münhen klubu 28 yaşlı kolumbiyalı üçün 52 milyon avro təklif edib. Daha əvvəl futbolçunun şəxsi müqavilənin şərtlərini razılaşdırdığı bildirilirdi.

Ötən mövsüm Diaz 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.

Digər xəbərlər